TƏLƏBƏLƏR ELMİ SEMİNARDA İŞTİRAK EDİB
Bakı Dövlət Universiteti Hüquq fakültəsinin 2-ci kurs tələbələri Cavid Mirzəzadə və İlkin İmanlı Fövqəladə Hallar Nazirliyinin Akademiyasında "Gənclərin fövqəladə hallarda davranışı haqqında məlumatlılıq səviyyəsinin artırılması" adlı seminarda iştirak etmişlər. Tələbə və kursantlara fövqəladə hallarda, təbiət hadisələri və yanğın zamanı necə davranmalı olduqları barədə ətraflı məlumat verilmişdir. Seminarda Nazirliyin rəsmiləri, FHN-in xidmət rəhbərləri və digər məsul şəxslər evdə və ya təhsil müəssisəsində hadisə baş verdikdə təhlükəsizlik qaydalarını necə təmin etməli, yanğından necə qorunmalı, yanğın baş verdikdə nə etməli, çimərlikdə hansı qaydalara riayət etməli kimi məsələlərə aydınlıq gətirmiş, fövqəladə hallar orqanlarının fəaliyyəti haqqında ətraflı məlumat vermişlər və mövzu ətrafında tələbə və kursantların sualları cavablandırılmışdır.