TƏLƏBƏLƏR HELGA PEDERSEN SƏHNƏLƏŞDİRİLMİŞ MƏHKƏMƏ MÜSABİQƏSİNDƏ İŞTİRAK EDİBLƏR
28 Fevral 2024 15:21
Cari ilin 15-17 fevral tarixlərində Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin üçünçü kurs tələbəsi Elmira Sadıqzadə və dördüncü kurs tələbələri Azadə Məmmədzadə, Mədinə Tahirli, Aydan Kərimli Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə İsveçrə Konfederasiyasının Sankt Qallen şəhərində ELSA (Avropa Hüquqşünas Tələbələr Assosiasiyası) tərəfindən 12-ci buraxılışı təşkil olunan Helga Pedersen Səhnələşdirilmiş Məhkəmə Müsabiqəsinin Regional Raundunda iştirak etmişlər. Helga Pedersen Səhnələşdirilmiş Məhkəmə Müsabiqəsi insan hüquqları sahəsində təşkil olunan ən böyük beynəlxalq müsabiqədir. Komanda üzvləri şifahi raundlarda Norveç və Türkiyə universitetlərinin komandaları ilə qarşılaşmış və bu sahədə mütəxəssis hakimlər qarşısında uğurla çıxış etmişlər.
Qeyd edək ki, müsabiqənin regional raundlarında ən yüksək nəticələri göstərmiş 18 komanda Fransanın Strasburq şəhərində keçiriləcək final raundunda iştirak hüququ qazanacaqlar.
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42