TƏLƏBƏLƏR HÜQUQİ DEBAT MÜSABİQƏSİNİN QALİBİ OLMUŞLAR
29 Dekabr 2022 20:20

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin 3-cü kurs tələbələri Səyad Ələkbərov və İnqilab Hüseynzadə “G-2” komandası adı ilə Bakı Gənclər Mərkəzində "Yusif Allahverdiyev və partnyorları" Vəkil Bürosunun və DİA Hüquq Klubunun birgə təşkilatçılığı ilə keçirilən Hüquqi Debat Müsabiqəsinin qalibi olmuşlar.
İştirak edən komandalar yarımfinal mərhələsində "Evtanaziyanın yaşamaq hüququna təsiri", final mərhələsində isə "Heyvanlar üzərində eksperiment keçirilməsinin hüquqauyğunluğu" mövzularını müzakirə etmişlər.
Belə ki, yarımfinal mərhələsinin I turunda "Neo" və "Lawinners" komandaları, II turunda isə "G-2" cə "Lady Lawyers" komandaları yarışmışlar. Müvafiq olaraq, "Neo" və "G-2" komandaları qalib gələrək final mərhələsinə yüksəlmişlər.
Nəticədə, olduqca rəqabətli keçən final mərhələsində qalib gələn 46 xalla "G-2" komandası olmuşdur.
Qalib tələbələrimizi təbrik edir, uğurlar arzulayırıq!
Son XƏBƏRLƏR
16.02.2026 | 19:34
Vərəsəlik hüququna dair təlim keçirilib
13.02.2026 | 16:41
Elm gününə həsr olunmuş seminar keçirilib
17.12.2025 | 11:24
HÜQUQ FAKÜLTƏSİNİN 97 İLLİYİDİR
06.05.2025 | 18:48
RESPUBLİKA HÜQUQ OLİMPİADASI KEÇİRİLDİ
05.05.2025 | 19:41