TƏLƏBƏLƏR MOSKVADA BEYNƏLXALQ MÜSABİQƏDƏ İŞTİRAK EDİBLƏR
29 Aprel 2024 18:08
Hüquq fakültəsinin tələbələri cari ilin 22-26 aprel tarixlərində Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tərəfindən Moskva şəhərində keçirilən F.F.Martens adına XXV Beynəlxalq Humanitar Hüquq (BHH) müsabiqəsində iştirak ediblər. Müsabiqə beynəlxalq humanitar hüquq üzrə ən nüfuzlu yarışlardan biridir. Müsabiqədə 9 ölkədən 27 komanda iştirak edib.
Komandanın üzvləri Hüquq fakültəsinin Beynəlxalq ümumi hüquq kafedrasının müəllimi, koordinator-təlimçi h.e.f.d Pərviz Həsənov, üçüncü kurs tələbəsi İsmət Bayramov və ikinci kurs tələbələri Leyla Hacıxanlı və Səyyarə Abbaslıdır.
Komandamız yarışda 3-cü yerə layiq görülüb, İsmət Bayramov 80-dən artıq iştirakçı tələbə arasından "best speaker" nominasiyası üzrə seçilən 5 tələbədən biri olub.
Tələbələrimizi təbrik edir, uğurlar arzulayırıq!
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42