TƏLƏBƏLƏR SUMQAYIT MƏHKƏMƏ KOMPLEKSINDƏ OLUBLAR
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ilə Bakı Dövlət Universitetinin Hüquq fakültəsi arasında əldə olunmuş razılığa əsasən, hüquqşünas tələbələr müntəzəm olaraq nazirliyin tabeliyində fəaliyyət göstərən qurumların, o cümlədən məhkəmələrin işi ilə yerində tanış olurlar, ədliyyə orqanları işçilərinin praktiki mühazirələrini dinləyirlər. Ədliyyə Nazirliyi ilə Hüquq fakültəsi arasında əməkdaşlıq çərçivəsində Hüquq fakültəsinin II kurs tələbələri 11.11.2022-ci il tarixində “Mülki hüquq” kafedrasının dosenti Şükür Yusifovun rəhbərliyi ilə məhkəmələrin fəaliyyəti haqqında məlumat əldə etmək məqsədilə Sumqayıt Məhkəmə Kompleksində olmuşlar. Qeyd etmək lazımdır ki, Kompleksin tərkibində Sumqayıt Apelyasiya Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsi,Sumqayıt Kommersiya Məhkəməsi, Sumqayıt Ağır Cinayətlər Məhkəməsi, Sumqayıt Şəhər Məhkəməsi yerləşir. Sumqayıt Apelyasiya Məhkəməsinin sədri Tofiq Paşayev tələbələrlə görüşmüş, onlara məhkəmələrin fəaliyyəti haqqında geniş məlumat vermiş və gələcək həyatlarında tələbələrə uğurlar arzu etmişdir.