TƏLƏBƏLƏR VƏKİLLƏR GÜNÜNƏ HƏSR OLUNMUŞ SƏRGİDƏ İŞTİRAK EDİB
BDU Hüquq fakültəsinin Tələbə Gənclər Təşkilatının idarə heyəti və aktiv üzvləri 28 dekabr - "Vəkil günü" münasibətilə “Dünya Vəkil Cübbələri və Atributları” sərgisində iştirak etmişdir.
Azərbaycan Vəkillər Kollegiyasının təşəbbüsü və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Muzey Mərkəzində “Dünya Vəkil Cübbələri və Atributları” adlı sərgidə “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun şəxsi kolleksiyası olan müxtəlif ölkələrin vəkil, hakim cübbələri və atributları nümayiş olunub.
Tələbələr eyni zamanda Bakı şəhər Xətai Rayon Məhkəməsinin sədri Rəşid Rzayevin zəngin şəxsi kolleksiyasına aid olan, vəkillik və ədliyyə tarixinə dair medallar, ordenlər, döş nişanları, markalar və pul əskinasları ilə tanış olublar.