TƏLƏBƏLƏR XXV BEYNƏLXALQ HUMANİTAR HÜQUQ MÜSABİQƏSİNDƏ İŞTİRAK EDİBLƏR
24 Aprel 2024 20:19
Hüquq fakültəsinin tələbələri cari ilin 22-26 aprel tarixlərində Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tərəfindən Moskva şəhərində keçirilən F.F.Martens adına XXV Beynəlxalq Humanitar Hüquq (BHH) müsabiqəsində iştirak edirlər. Müsabiqə beynəlxalq humanitar hüquq üzrə ən nüfuzlu yarışlardan biridir. Müsabiqədə 9 ölkədən 27 komanda iştirak edir.
Müsabiqənin məqsədi hüquq fakültəsi tələbələrinin BHH üzrə biliklərini təşviq etmək və artırmaq, habelə onları gələcək karyeralarında BHH haqqında bilikləri daha yaxşı həyata keçirməyə və yaymağa imkan verəcək zəruri bacarıqlarla təchiz etməkdir. Komandanın üzvləri Hüquq fakültəsinin Beynəlxalq ümumi hüquq kafedrasının müəllimi, koordinator-təlimçi h.e.f.d Pərviz Həsənov, üçüncü kurs tələbəsi İsmət Bayramov və ikinci kurs tələbələri Leyla Hacıxanlı və Səyyarə Abbaslıdır.
Qeyd edək ki, Hüquq fakültəsinin komandası beynəlxalq yarışmada Azərbaycandan iştirak edən yeganə komandadır.
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42