TƏLƏBƏLƏRƏ PROBASİYA XİDMƏTİNİN FƏALİYYƏTİ İLƏ TANIŞLIQ TƏŞKİL EDİLİB
22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbələrinin ədliyyə orqanları və məhkəmələrlə tanışlıq aylığı çərçivəsində tədbirlər davam edir.
15.11.2022-ci il tarixində tələbələr üçün Probasiya Xidmətinin fəaliyyəti ilə tanışlıq təşkil edilib. Onlar əvvəlcə probasiya institutunun mahiyyəti və əhəmiyyəti, bu sahədə görülən işlər, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrası mexanizmləri, probasiya əməkdaşlarının vəzifələri, peşə hazırlığı, xidmətin fəaliyyət istiqamətləri, ictimai işlər növündə cəzanın icrasının təşkili, bu sahədə yeniliklər və s. barədə məlumatlandırılıblar.
Eyni zamanda, tələbələr Xidmətin Elektron Monitorinq Mərkəzi ilə tanış olub, onlara elektron nəzarət vasitələri əyani nümayiş etdirilməklə, bu avadanlığın təyinatından, onun tətbiqi təcrübəsindən danışılıb, maraq doğuran suallara aydınlıq gətirilib.