TƏLƏBƏLƏRİMİZ HƏRBİ QƏNİMƏTLƏR PARKINDA OLUBLAR
21 Oktyabr 2023 20:23
Cari ilin 21 oktyabr tarixində Bakı Dövlət Universiteti Hüquq fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə fakültənin bir qrup tələbəsi Hərbi Qənimətlər Parkında olmuşlar. Tələbələr 44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında davamlı məğlubiyyətlərə məruz qalan düşmənin insanlıq əleyhinə və müharibə cinayətləri törətdiyi, o cümlədən döyüş bölgəsindən uzaqda olan ərazilərə raket zərbələri endirdiyi, dinc sakinləri qətlə yetirdiyi faktları xronoloji ardıcıllıqla özündə əks etdirən, Parkın giriş hissəsində yerləşdirilən lövhə ilə, Vətən müharibəsi zamanı düşmən əsgərlərinin atıb getdiyi və Azərbaycan ordusu tərəfindən ələ keçirilmiş hərbi qənimətlərin bir hissəsi, eyni zamanda Ermənistan ordusu tərəfindən qurulmuş müdafiə istehkamlarının nümunəsi ilə, Şuşaya atılmış “İskəndər M” raketinin qalıqları, T-72 tankları, piyada döyüş maşınları, zenit-raket kompleksi də daxil olmaqla müxtəlif hərbi qənimətlər – zirehli texnikalar, artilleriya silahları, hava hücumundan müdafiə qurğuları, avtomobil texnikası və silah-sursatlarla tanış olmuşlar. Həmçinin, Hərbi Qənimətlər Parkının ən maraqlı hissələrindən biri olan və özündə 10 elementdən ibarət maneələr sistemini birləşdirən düşmənin müdafiə səddinin nümayiş olunduğu pavilyonla, düşmənin illərlə möhkəmləndirdiyi və keçilməz olduğunu düşündüyü, amma Azərbaycan əsgərinin dəf etdiyi istehkam qurğusunda bunker, əsgər kazarması, atəş nöqtələri, döyüş postu, tunel və səngərlərlə əyani şəkildə tanış oldular. 44 günlük Vətən müharibəsinin önəmli hadisələrini xronoloji ardıcıllıqla əks etdirən, həmin günləri yenidən xatırladan videoçarxa baxış, Azərbaycan Ordusu tərəfindən məhv edilən, qənimət kimi götürülən 522 hərbi yük maşınlarının nömrələrindən düzəldilən lövhə ilə tanışlıq isə səfər zamanı tələbələr tərəfindən böyük maraqla qarşılandı.
Hərbi Qənimətlər Parkı ilə tanışlıq tələbələrdə böyük təəssürat yaratmışdır.
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42