TƏLƏBƏLƏRİMİZDƏN İBARƏT ŞAHMAT KOMANDASI I YERƏ LAYİQ GÖRÜLÜB
Ümummilli Lider HEYDƏR ƏLİYEVİN anadan olmasının 99 - cu ildönümü münasibətilə ali və orta ixtisas təhsil müəssisələrinin komandaları arasında idmanın şahmat, dama, stolüstü tennis, basketbol, voleybol və mini-futbol növləri üzrə yarışlara start verilmişdir. 25 aprel 2022 ci il tarixdə Həmkarlar Təşkilatı " SAHMAT -DAMA" İB - də şahmat yarışı baş tutmuşdur.Olimpiya sistemi ilə keçirilən yarışda 8 komanda iştirak etmişdir.Yarımfinalda Bakı Dövlət Universitetinin şahmat komandası Bakı Biznes Universitetini 6-0 hesabı ilə məğlub etmişdir.Final mərhələsində Bakı Dövlət Universiteti Azərbaycan Texniki Universitetinə 4-2 hesabı ilə qalib gəlmişdir.
Yarışda Bakı Dövlət Universitetinin komandası I yerə, Azərbaycan Texniki Universitetinin komandası II yerə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandası III yerə layiq görülmüşdür.
Bakı Dövlət Universitetinin şahmat komandası:
1-ci taxta İlyaslı Uğur
2-ci taxta Səfərli Rəmzi
3-cü taxta Ramazanzadə Qasım
4-cü taxta İlyaslı Ağazahir
5-ci taxta Cabbarzadə Aytən
6-cı taxta Əlizadə Firavan