TƏLƏBƏLƏRİN MƏHKƏMƏ EKSPERTİZASI MƏRKƏZİNƏ SƏFƏRİ BAŞ TUTMUŞDUR
Hüquq fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə fakültə tələbələrinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə səfəri baş tutmuşdur. Səfər zamanı tələbələr Məhkəmə Ekspertizası Mərkəzinin inzibati binası ilə tanış olmuş, fiziki-kimyəvi ekspertiza, ballistika və trasologiya, sənədlərin texniki ekspertizası və digər şöbələrə baş çəkmiş, eyniləşdirmə və diaqnostika, lifli materialların, yanacaq, sürtkü, polimer, şüşə materiallarının tədqiqi, hadisə yerinin müayinəsi zamanı nümunələrin götürülmə qaydası, mikroskopik, mikrokimyəvi, stereoskopik analiz metodları, əl və ayaq izlərinin naxış növləri, ümümilikdə ballistika və trasologiya və digər ekspertiza növləri haqqında ətraflı məlumatlandırılmışlar. Səfər tələbələrdə böyük maraq yaratmış və onlar tərəfindən Məhkəmə Ekspertiza Mərkəzinin heyətinə suallar ünvanlanmışdır.