TƏLƏBƏMİZ ELSA-NIN BEYNƏLXALQ ŞURA TOPLANTISINDA İŞTİRAK EDİB
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin 3-cü kurs tələbəsi İnqilab Hüseynzadə dünyanın ən böyük hüquqşünas-tələbə təşkilatı olan Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Maltada təşkil olunmuş Beynəlxalq Şura Toplantısında iştirak etmişdir. “ELSA Azərbaycan”ın nümayəndə heyətinin üzvü kimi, o, peşəkar inkişaf üzrə təşkil olunmuş bölmələrin işində fəal iştirak etmiş, burada ELSA-nın Reqlamentinə təklif olunmuş dəyişiklikləri müzakirə etmişdir. Müzakirə olunmuş dəyişikliklər Plenar İclasda səsverməyə çıxarılmışdır. Son plenar iclasda təşkilatın İdarə Heyətinə seçkilər keçirilmişdir. Tələbəmiz namizədlərə müvafiq suallar ünvanlamış və səsvermədə iştirak etmişdir.