THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
Hüquq fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “Silahlı münaqişə hüququnun pozuntularına görə dövlətlərin məsuliyyəti” adlı təlim keçirilmişdir. Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin hüquq müşaviri Qumral Aslanova təlimçi qismində çıxış etmişdir. Təlimdə müxtəlif kurslarda təhsil alan tələbələr iştirak etmişlər. Təlim zamanı müasir dövrdə baş verən silahlı münaqişələr zamanı beynəlxalq humanitar hüququn tətbiq edilmə qaydaları, tətbiqetmə zamanı üzləşilən problemlər barəsində ətraflı məlumat verilmişdir. Təlim interaktiv formada keçirilmişdir və tələbələrlə mövzu haqqında müzakirələr aparılmışdır. Təlim tələbələr tərəfindən böyük maraqla qarşılanmışdır.