Topçubaşov Məhkəmə Müsabiqəsinin final mərhələsi keçirilmişdir
23 Noyabr 2023 13:34
Bakı Dövlət Universiteti Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində Topçubaşov Məhkəmə Müsabiqəsinin final mərhələsi keçirilmişdir. Müsabiqənin final mərhələsi Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayevin sədrliyi, hüquqşünaslar Gülnar Qurbanova, Nazlı Əhmədova, Sənan Şirinov və Mehran Əmirlinin iştirakı ilə təşkil olunmuşdur. Bu il müsabiqədə 26 komandadan ibarət 100-ə yaxın tələbə iştirak etmiş, onlardan ən yüksək nəticələri göstərən iki komanda finalda iştirak hüququ qazanmışlar. Finalda ərizəçi - Məhəmməd Əmin Rəsulzadə və cavabdeh - Fətəli xan Xoyski komandaları iştirak etmiş, hakimlərin qiymətləndirməsi nəticəsində ərizəçi komanda müsabiqənin qalibi olmuşdur. Bununla yanaşı, ən yaxşı natiq nominasiyası üzrə qalib Fətəli xan Xoyski komandasının üzvü Tural Həsənov olmuşdur.
Ölkəmizdə məhkəmə müsabiqəsinin əsasının qoyulmasında və inkişafında əməyi keçən tələbələrə təşəkkür edir və gələcək işlərində uğurlar arzulayırıq!
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42