TRANSMİLLİ CİNAYƏT HÜQUQUNUN NƏZƏRİ VƏ PRAKTİKİ PROBLEMLƏRİ ADLI MONOQRAFİYA NƏŞR EDİLDİ
28 Sentyabr 2023 12:17
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Şəhla Səmədovanın “Transmilli cinayət hüququnun nəzəri və praktiki problemləri” kitabı nəşr edilmişdir. Monoqrafiya transmilli cinayət hüququnda mövcud olan nəzəri və praktiki problemlərə həsr edilib. Monoqrafiyada transmilli cinayətlərin anlayışı və təsnifatı, beynəlxalq cinayətlər və beynəlxalq xarakterli cinayətlərə görə məsuliyyət məsələləri tədqiq edilir, həmçinin Azərbaycan Respublikasının cinayət hüququnda beynəlxalq cinayətlər və beynəlxalq xarakterli cinayətlərlə bağlı mövcud olan nəzəri və praktiki problemlər araşdırılaraq, Azərbaycan Respublikasının qüvvədə olan Cinayət Məcəlləsinin transmilli cinayətlərlə bağlı normalarının təkmilləşdirilməsinə yönəlmiş problemli məsələlərin həlli ilə bağlı bir sıra təkliflər irəli sürülür.
Kitab “Hüquqşünaslıq” ixtisası üzrə təhsil alan tələbələr, transmilli cinayət hüququ üzrə ixtisaslaşan doktorantlar, magistrantlar, habelə bu sahə ilə maraqlanan oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.
Son XƏBƏRLƏR
06.05.2025 | 18:48
RESPUBLİKA HÜQUQ OLİMPİADASI KEÇİRİLDİ
05.05.2025 | 19:41
HÜQUQŞÜNASIN KARYERA PLANLAMASI ADLI TƏLİM BAŞ TUTUB
04.05.2025 | 11:45
HÜQUQ FAKÜLTƏSİ "KÜLƏYƏ QALİB GƏL" MARAFONUNDA
03.05.2025 | 13:09
LƏTİF HÜSEYNOV TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜB
31.05.2024 | 21:33