TÜRKİYƏLİ PROFESSORLAR HÜQUQ FAKÜLTƏSİNİN QONAĞI OLUB
9 sentyabr 2021-ci il tarixdə Türkiyə Respublikası Haccettepe Universitetinin Tibb fakültəsinin Tibbi etika və tibb tarixi kafedrasının müdiri, Bioetika Mərkəzinin təsisçisi və rəhbəri professor Nüket Örnek Büken və Başkent Universiteti Tibb Fakültəsi Məhkəmə tibbi ekspertizası bölməsinin müdiri, Araşdırma Mərkəzi (CEKAMER) İdarə Heyətinin sədri professor Erhan Büken BDU-nun Hüquq fakültəsinin qonağı olub. Görüşdə BDU hüquq fakültəsinin İnsan hüquqları və İnformasiya hüququ UNESCO kafedrasının müəllimi Sevda Kərimova da iştirak etmişdir. Hüquq fakültəsinin dekanı professor Əmir Əliyev fakültənin beynəlxalq əlaqələri, magistratura pilləsində mövcud ixtisaslaşmalar, ikili diplomlar barədə ətraflı məlumat vermiş, əlaqələrin yaradılması, tibbi hüquq və bioetika sahəsində birgə tədris və əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır.
Tədbirin sonunda xatirə şəkilləri çəkdirilmişdir.