“Ulu Öndər Heydər Əliyev və hüquq elminin inkişafı” adlı kitab respublikamızda ilk dəfə olaraq nəşr olunmuşdur
27 Dekabr 2023 12:18
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyevin müəllifi olduğu “Ulu Öndər Heydər Əliyev və hüquq elminin inkişafı” adlı kitab respublikamızda ilk dəfə olaraq nəşr olunmuşdur. Kitab müasir Azərbaycan dövlətinin qurucusu, hüquq islahatlarının banisi Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmişdir. Kitabın ön sözünün müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimovdur.
Kitabda Ulu Öndər Heydər Əliyevin Azərbaycan hüquq elmi və təhsilinin inkişafında misilsiz xidmətləri hüquqi-nəzəri aspektdən geniş şəkildə şərh olunmuşdur. Altı fəsildən ibarət olan kitabın I fəslində Ulu Öndər Heydər Əliyevin islahatlarının hüquq elminin inkişafında yeni mərhələnin başlanğıcı kimi əsasları, II fəsildə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi və konstitusiya hüquq elminin inkişafı, III fəsildə Ulu Öndər Heydər Əliyev və Azərbaycanda insan hüquqları elminin inkişafı, IV fəsildə Ulu Öndər Heydər Əliyevin hüquqi islahatlarının hüquq doktrinasının inkişafına təsiri, V fəsildə Ulu Öndər Heydər Əliyevin hüquq təhsilinin inkişafında rolu: peşəkar və ixtisaslaşmış kadrların hazırlanması, VI fəsildə Ulu Öndər Heydər Əliyev irsinin davam etdirilməsi: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xeyirxahlıq missiyası ətraflı təhlil edilmişdir.
Kitabda həmçinin Ulu Öndər Heydər Əliyevin təhsil, o cümlədən hüquq təhsili haqqında kəlamları da öz əksini tapmışdır.
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42