ULU ÖNDƏRİN İRSİNİ ƏKS ETDİRƏN KİTAB SƏRGİSİ
29 Sentyabr 2023 17:22
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ölkə Prezidenti İlham Əliyev tərəfindən elan olunmuş 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Bakı Dövlət Universitetinin Hüquq fakültəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi arasında birgə fəaliyyət planına uyğun olaraq sentyabrın 29-da Hüquq fakültəsində Ulu Öndərin tükənməz irsini əks etdirən kitab sərgisi keçirilmişdir. Kitablar fakültəyə Ədliyyə Nazirliyi tərəfindən təqdim edilmişdir.
Fakültənin professor-müəllim heyətinin və tələbələrin iştirak etdiyi sərgidə ümummilli lider Heydər Əliyevin mənalı ömür yolundan, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən, respublikamızın hərtərəfli inkişafına hesablanmış müdrik və uzaqgörən siyasətindən bəhs edən yüzlərlə kitab və digər vəsaitlər nümayiş etdirilmişdir. Keçirilmiş sərgidə çıxış edən Hüquq fakültəsinin dekanı Zaur Əliyev müasir Azərbaycan dövlətinin qurucusu, tarixi şəxsiyyət Heydər Əliyevin zəngin irsinin indiki və gələcək nəsillərə örnək olduğunu bildirmiş, sərginin əbədiyaşar liderimizin yüksək amallarının təbliği və öyrənilməsi baxımından mühüm əhəmiyyətini vurğulamışdır.
Tələbələr bu kitab sərgisinin keçirilməsinin Ulu öndərin zəngin irsinin dərindən öyrənilməsi baxımından əhəmiyyətli və faydalı olduğunu bildirmişlər.
Ulu Öndərin hər kəsə nümunə ola biləcək həyat və fəaliyyəti barədə geniş təəssürat yaradan sərgi ilə tanışlıq gün ərzində davam etmişdir.
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42