Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyi münasibətilə təlim keçirildi
Hüquq fakültəsinin Beynəlxalq ümumi hüquq kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru Pərviz Həsənov Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyi münasibətilə qadın və uşaqlara təlim keçmişdir. İki gün davam edən təlimdə «Qadın və İnkişaf Mərkəzi»nin və «Uşaq və Gənclərin Sülh Şəbəkəsi»nin üzvləri iştirak etmişlər. Təlim müddətində iştirakçılara Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin mahiyyəti, beynəlxalq hüququn mənbələri sırasında yeri, milli hüquqa təsiri, implementasiyası, həmçinin Ümummilli Lider Heydər Əliyevin insan hüquqları sahəsində islahatları haqqında ətraflı məlumat verilmişdir. Müəllim P.Həsənovla yanaşı Hüquq fakültəsinin 2-ci kurs tələbələri Həmidə Sadıqova və Nigar Orucova, həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 3-cü kurs tələbələri Toğrul Quluzadə, Xədicə Hüseynxanova, Aysu Əlizadə, Jalə Əhmədzadə, Adil Qurbanov və Nəzrin Musazadə də təlimçi qismində iştirak etmişlər. Təlim qadınların, uşaqların və onların valideynlərinin böyük marağına səbəb olmuşdur.