Ümummilli Lider Heydər Əliyevin Anım Gününə həsr edilmiş tədbir keçirilib
12 Dekabr 2023 17:25
Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Ümummilli Lider Heydər Əliyevin Anım Gününə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə Hüquq fakültəsinin dekanı Zaur Əliyev, fakültənin professor-müəllim heyəti və tələbələr iştirak etmişlər.
Tədbiri açan Hüquq fakültəsinin dekanı Zaur Əliyev Azərbaycan xalqının Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xilaskarlıq və quruculuq missiyası, o cümlədən Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən hüquqi islahatlar barədə məlumat vermişdir. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın dərin ictimai-siyasi və iqtisadi böhrandan xilası və davamlı inkişafın təməllərinin qoyulduğunu diqqətə çatdıran fakültə dekanı qeyd etmişdir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusu Vətən müharibəsində parlaq qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad etmiş, ölkəmizin ərazi bütövlüyü təmin olunmuş, beləliklə də Azərbaycanı bütöv görmək istəyən Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu həyata keçirilmişdir. Z.Əliyev qeyd etmişdir ki, Ulu Öndərin xeyirxahlıq və mərhəmətlilik missiyası bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti ilə davam etdirilir. Müstəqil dövlətimizi qorumaqdan ötrü, davamlı qələbələr qazanmaq və yeni zirvələri fəth etməkdən ötrü Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşməyin zəruri olduğunu bildirən dekan bunun hər birimizin, o cümlədən gənclərin vəzifəsi olduğunu diqqətə çatdırmışdır.
Daha sonra çıxış edənlər - hüquq elmləri doktoru, professor Etibar Əliyev, hüquq elmləri doktoru Firuzə Abbasova Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında misilsiz xidmətlərindən danışaraq, bu görkəmli şəxsiyyətin xatirəsinin hər bir azərbaycanlının qəlbində yaşadığını bildirmişlər.
Tədbirdə çıxış edən Hüquq fakültəsinin 2-ci kurs tələbəsi, Prezident təqaüdçüsü Həmidə Sadıqova müasir Azərbaycan dövlətinin banisi olan Ulu Öndərin bugünkü və gələcək nəsillər üçün nümunə olan keçdiyi həyat yolundan bəhs etmiş, Ümummilli Liderin məzunu olduğu Universitetdə təhsil aldığı üçün qürur duyduğunu bildirmişdir.
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42