ÜMUMXALQ HÜZN GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR
18 yanvar 2022 tarixində Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində 20 Yanvar Ümumxalq Hüzn gününün 32-ci ildönümünə həsr olunmuş “20 yanvar tariximizin qəhrəmanlıq səhifəsidir: tarixi və hüquqi yanaşma” adlı online tədbir keçirilmişdir. Tədbirdə ilk olaraq, Şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Hüquq fakültəsinin dekan vəzifəsini icra edən Zahid Cəfərovun moderatorluğu ilə keçirilən tədbirdə Tarix fakültəsinin Azərbaycan tarixi kafedrasının dosenti Ələmdar Şahverdiyev “20 yanvar faciəsinin başvermə səbəbləri və nəticələri”, Beynəlxalq ümumi hüquq kafedrasının dosenti Rahim Məmmədov “20 Yanvar Aktı Azərbaycan xalqına qarşı törədilən soyqırım cinayəti kimi”, Hüquq fakültəsi TGT-nın sədri Firavan Əlizadə “20 Yanvar hadisələrinə görə beynəlxalq cinayət məsuliyyəti məsələlərinin müəyyənləşdirilməsi”, fakültənin 2-ci kurs tələbəsi Siyavuş Bağırov “Yanvar müdaxiləsinin qeyri-hüquqi tərəfləri” mövzusunda çıxış etmişdirlər. Sonda Hüquq fakültəsinin birinci kurs tələbəsi Cəfər Məmmədov özünün müəllifi olduğu 20 yanvara həsr olunmuş şeirini səsləndirmişdir.