“Vergi hüququ” kitabı işıq üzü görmüşdür
10 Noyabr 2023 11:11

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ kafedrasının müəllimi, Mərkəzi Avropa Universitetinin L.L.M. Proqramı üzrə məzunu, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və Beynəlxalq Vəkillər Assosiasiyasının üzvü, «Caspian Legal Center» şirkətinin rəhbəri Fərid Nəbilinin “Vergi hüququ” kitabı işıq üzü görmüşdür.
Vəsait vergi hüququnun nəzəri əsasları, vergi nəzəriyyələri, ayrı-ayrı vergilərin izahı, beynəlxalq vergitutma məsələləri ilə yanaşı, bu sahədə milli, xarici və beynəlxalq məhkəmə qərarlarının təhlilinə həsr edilmişdir.
Qeyd olunan vəsaitdən “Hüquqşünaslıq” ixtisası üzrə təhsil alan tələbələrlə yanaşı, vergi hüququ ixtisası üzrə ixtisaslaşan magistrantlar, praktik hüquqşünaslar, mühasiblər, doktorantlar, tədqiqatçılar faydalana bilərlər.
Son XƏBƏRLƏR
16.02.2026 | 19:34
Vərəsəlik hüququna dair təlim keçirilib
13.02.2026 | 16:41
Elm gününə həsr olunmuş seminar keçirilib
17.12.2025 | 11:24
HÜQUQ FAKÜLTƏSİNİN 97 İLLİYİDİR
06.05.2025 | 18:48
RESPUBLİKA HÜQUQ OLİMPİADASI KEÇİRİLDİ
05.05.2025 | 19:41