“Vergi hüququ” kitabının təqdimatı keçirilib
23 Noyabr 2023 13:40
Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Mülki proses və kommersiya hüququ kafedrasının müəllimi, «Caspian Legal Center» şirkətinin rəhbəri Fərid Nəbilinin “Vergi hüququ” kitabının təqdimatı keçirilmişdir. Hüquq fakültəsinin dekanı Zaur Əliyev kitabın müəllifi barədə məlumat vermiş, bu hadisənin təkcə müəllif deyil, bütövlükdə fakültənin uğuru olmasından bəhs etmişdir. Dekan, 2021-ci ildə Hüquq fakültəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə əməkdaşlığı çərçivəsində yaradılmış “Vergi hüququ” magistratura ixtisaslaşması üzrə təhsil alan magistrantlar üçün belə bir dərsliyin əhəmiyyətli olduğunu qeyd etmişdir. Mülki proses və kommersiya hüququ kafedrasının müdiri Əsmər Əliyeva hüququn yeni yaranmaqda olan sahələrindən olan vergi hüququnun əhəmiyyətindən danışmış, bu konteksdə dərc olunmuş yeni kitabın oynadığı rol barədə məlumat vermişdir. Daha sonra Mülki proses və kommersiya hüququ kafedrasının müəllimi, Dövlət Vergi Xidmətinin Hüquq Baş İdarəsinin rəis müavini Ramiz Qasımzadə vergi hüququnun tədrisinin vacibliyindən bəhs etmişdir.
Sonra kitabın müəllifi Fərid Nəbili tələləbələr və müəllimlər qarşısında təqdimatla çıxış etmişdir. Təqdimatda müasir vergi hüququnun problemləri, vergi qanunvericiliyindəki boşluqlar, vergi mübahisələrinə baxılarkən formalaşmış məhkəmə təcrübəsi barədə məlumat verilmişdir. Tələbələrin çoxsaylı sualları cavablandırılmışdır.
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42