VERGİ HÜQUQUNUN PRİNSİPLƏRİNİN MƏHKƏMƏ TƏCRÜBƏSİNDƏ TƏTBİQİ MÖVZUSUNDA TƏLİM BAŞ TUTUB
Hüquq fakültəsi Tələbə Gənclər Təşkilatının və Mülki proses və kommersiya hüququ kafedrasının birgə təşkilatçılığı ilə "Vergi hüququnun prinsiplərinin məhkəmə təcrübəsində tətbiqi" mövzusunda tələbələr üçün növbəti təlim keçirilmişdir. Təlimçi qismində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və Beynəlxalq Vəkillər Assosiasiyasının üzvü, "Caspian Legal Center" şirkətinin rəhbəri Fərid Nəbili çıxış etmişdir. Təlim zamanı vergi hüququnun ümumi və xüsusi prinsipləri, əsasları, məhkəmədə tətbiqi, vergi hüququnda prinsiplərin tətbiqinin özünəməxsus xüsusiyyətləri, yerli və beynəlxalq təcrübə, vergi qanunvericiliyində ziddiyyətlər barədə müzakirə aparılmış, qanunçuluq, muxtariyyət, xalis gəlir, qanunun geriyə tətbiq edilməməsi prinsipi və digər prinsiplərin geniş izahı verilmişdir. Təlimin sonunda tələbələrin sualları təlimçi tərəfindən cavablandırılmışdır.