VƏTƏN BÖLÜNMƏZDİR ADLI TƏDBİR BAŞ TUTUB
19.03.2022-ci il tarixində Bakı Dövlət Universiteti Hüquq fakültəsi Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin əməkdaşlığı ilə "Şəhidlər ölməz, Vətən bölünməz" mövzusunda görüş baş tutmuşdur. Açılış nitqi ilə çıxış edən Hüquq fakültəsi Tələbə Həmkarlar İttifaqının sədri Cavid Nurulu iştirakçıları salamlayaraq mövzunun xalqımız və dövlətimiz üçün əhəmiyyəti barəsində məlumat vermişdir. Görüşün davamında Hüquq fakültəsi Tələbə Gənclər Təşkilatının sədr müavinləri Cavid Mirzəzadə və Gülsüm Hacıyeva dinlənilmişdir. Onlar öz nitqlərində xalqımızın qəhrəmanlıq tarixindən və ədaləti bərqərar edən son döyüşü qələbə ilə taclandıran Azərbaycan ordusunun şücaətindən bəhs etmişdirlər.