VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇILARI İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
Hüquq fakültəsində Vətən Müharibəsi iştirakçıları ilə görüş keçirilmişdir
Hüquq fakültəsinin dekanı Zaur Əliyev Zəfər Günü ərəfəsində Hüquq fakültəsinin məzunları və tələbələri olan Vətən Müharibəsi iştirakçıları ilə görüşmüşdür. Görüşdə çıxış edən dekan bildirmişdir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bilavasitə rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusunun 2020-ci il sentyabrın 27-dən etibarən başladığı Zəfər yürüşü uğurla başa çatdı. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, o cümlədən, Hüquq fakültəsinin məzunları və tələbələri, bütövlükdə xalqımız əzm və iradə nümayiş etdirərək Ali Baş Komandanın ətrafında bir yumruq kimi sıx birləşərək düşməni darmadağın etdi və qələbə qazandı. Dekan vurğulamışdır ki, Hüquq fakültəsinin 50-dən çox tələbə və məzunları Vətən Müharibəsində iştirak etmiş, bir nəfər məzunumuz Ceyhun Şalıyev vuruşaraq qəhrəmancasına şəhid olmuşdur. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə bu şanlı qələbənin əbədiləşdirilməsi məqsədilə noyabrın 8-i Zəfər günü kimi elan edilmişdir. Zaur Əliyev xüsusilə vurğulamışdır ki, Vətən Müharibəsinin başa çatmasından ötən qısa müddətdə Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri dövlətimizin gücünün təsdiqidir. Qeyd edilmişdir ki, bir sıra nəhəng infrastruktur layihələrinin başa çatdırılması, eləcə də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Qarabağa müntəzəm səfərləri işğaldan azad olunmuş ərazilərin sürətlə bərpa olunduğunu bütün dünyaya nümayiş etdirir. Görüşdə Hüquq fakültəsinin məzun və tələbələri olan Vətən Müharibəsi iştirakçıları və qaziləri - “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilmiş İsmayılbəyli Şamo, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmiş Səfərov Əli, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilmiş Məmmədov Elşad, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, "Vətən müharibəsi iştirakçısı", “Cəsur döyüşçü” medalları ilə təltif edilmiş Hacılı Babək, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilmiş Paşabəyli Yusifkamal, "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilmiş Həmidov Tərlan, “Suqovuşanın azad olunmasına görə”, "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilmiş Namazov Anar, "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilmiş Abbasov Abbas, “Suqovuşanın azad olunmasına görə”, "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilmiş Kazımlı Toğrul, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilmiş Məmmədov Gümrah, “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilmiş Dadaşzadə Ağadadaş, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilmiş Dadaşov Taleh, "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilmiş Bağırov Sabir iştirak edirdilər.
Hüquq fakültəsinin məzunu olan Vətən Müharibəsi iştirakçıları keçdikləri döyüş yolundan bəhs etmiş, hər zaman Vətənin keşiyində durmağa hazır olduqlarını bildirmiş və onlara müntəzəm şəkildə göstərilən diqqət və qayğıya görə, həmçinin onları çoxsaylı orden və medallarla təltif etdiyinə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Hüquq fakültəsinin məzun və tələbələri olan Vətən Müharibəsi iştirakçıları və qaziləri, o cümlədən şəhid Ceyhun Şalıyevin ailəsi dekan tərəfindən Zəfər Günü münasibətilə təşəkkürnamə ilə təltif edilmişlər.