Vətən müharibəsi iştirakçıları olan məzunlarla görüş keçirildi
7 Noyabr 2023 10:50
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyev Vətən müharibəsi iştirakçıları olan məzunlarla görüşmüşdür. Z.Əliyev bildirmişdir ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bilavasitə rəhbərliyi ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən başlanılmış əks-hücum əməliyyatı nəticəsində işğala son qoyuldu və Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu. Qeyd edilmişdir ki, 44 günlük Vətən müharibəsi zamanı Hüquq fakültəsinin 50-dən çox tələbə və məzunları Vətən müharibəsində könüllü iştirak etmiş, bir nəfər məzunumuz isə Şalıyev Ceyhun Nüsrət oğlu şəhidlik zirvəsinə ucalmışdır. Hüquq fakültəsinin dekanı bildirmişdir ki, Ceyhunun xatirəsi Hüquq fakültəsinin müəllimləri, tələbələri üçün doğma olmaqla yanaşı, məzun qazilərimiz və müharibə iştirakçılarımız da fakültəmiz tərəfindən daim diqqət mərkəzindədir.
Z.Əliyev vurğulamışdır ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayırlar. Hüquq fakültəsinin dekanı qeyd etmişdir ki, müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldaraq demişdir: “Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik”. Cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycanın suverenliyinin və konstitusiya quruluşunun tam bərpa olunması, qədim və tarixi diyarımız Xankəndi şəhərində bayrağımızın dalğalanmasının məhz Heydər Əliyev İlinə, Ulu Öndərin 100 illiyini qeyd etdiyimiz vaxta təsadüf etməsi böyük rəmzi məna daşıyır. Fakültə dekanı vurğulamışdır ki, vaxtilə Ulu Öndərimiz hüquqi, demokratik və güclü Azərbaycan dövlətini qurmaqla bugünkü qələbələrimizin təməlini qoymuşdur.
Ulu öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin banisi, Prezident İlham Əliyevin isə qalib Azərbaycan dövlətinin banisi olduğunu xüsusi vurğulayan dekan, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusunun qısa müddət ərzində həyata keçirdiyi uğurlu lokal anti-terror əməliyyatı nəticəsində dövlət suverenliyinin tam bərqərar olunduğunu diqqətə çatdırmışdır.
Hüquq fakültəsinin məzunu olan Vətən müharibəsi iştirakçıları Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Vətən və dövlət qarşısında vəzifə borclarını şərəflə yerinə yetirdikləri üçün qürur duyduqlarını bildirmişlər.
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42