VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇISI MƏZUNUMUZ VƏFAT EDİB
12 May 2023 11:14
Hüquq fakültəsinin 2019-cu il ingilis bölməsinin məzunu, Vətən müharibəsi iştirakçısı Bakıxan Babayev uzun sürən ağır xəstəlikdən sonra dünən vəfat etmişdir. Bakıxan Babayev 1998-ci ildə Şabran rayonunda anadan olmuş, 2015/2016-cı tədris ilində yüksək balla (652 bal) Hüquq fakültəsinin ingilis bölməsinə dövlət hesabına daxil olmuşdur. 2019-cu ildə Hüquq fakültəsini yüksək göstəricilərlə bitirərək hərbi xidmətə yollanmış və şanlı Vətən Müharibəsində iştirak etmişdir. Bakıxan həmçinin, İstanbul Bahçeşehir Universitetindən tam təqaüdlü “İnformasiya texnologiyaları hüququ” ixtisaslaşması üzrə magistr proqramını da qazanmışdır.
Hüquq fakültəsinin məzunu, Vətən müharibəsi iştirakçısı Bakıxan Babayevin vəfatı ilə əlaqədar Hüquq fakültəsi adından mərhumun doğmalarına başsağlığı bildirir, səbr diləyirik.
ALLAH rəhmət eləsin!
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42