“Xəzər dənizinin beynəlxalq hüquqi problemləri” adlı kollektiv monoqrafiya çap edilmişdir
21 Noyabr 2023 12:33
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Beynəlxalq ümumi hüquq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Rüstəm Məmmədovun rəhbərliyi ilə “Xəzər dənizinin beynəlxalq hüquqi problemləri” adlı kollektiv monoqrafiya çap edilmişdir. Monoqrafiya Hüquq fakültəsinin 95 illiyinə həsr edilmişdir.
Kitab özündə Xəzər dənizinin beynəlxalq problemlərinin kompleks tədqiqatını əks etdirir. Kitabda Xəzər dənizinin keçmiş, mövcud və formalaşmaqda olan yeni beynəlxalq hüquqi statusunun komponentləri (adı, hüquqi vəziyyəti, delimitasiya və Xəzər dənizində beynəlxalq təhlükəsizlik problemləri) öyrənilir. Burada sahilyanı dövlətlərin Xəzər dənizi ilə bağlı müqavilə praktikasının təhlilinə mühüm yer ayrılır. Bu su obyektinin yeni beynəlxalq hüquqi vəziyyətinin formalaşdırılması üzrə Xüsusi İşçi Qrupun fəaliyyəti tədqiq edilir. Müxtəlif ölkələrdən olan alimlərin Xəzər dənizinin keçmiş və yeni beynəlxalq hüquqi statusuna dair elmi baxışlarına xüsusi diqqət verilir. Monoqrafiya magistratura səviyyəsində təhsil alanlar, elmi işçilər və beynəlxalq hüquq sahəsində ixtisaslaşan mütəxəssislər üçün nəzərdə tutulmuşdur.
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42