XOCALI FACİƏSİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Bakı Dövlət Universitetinin Hüquq fakültəsi ve Yeni Azərbaycan Partiyası Zahid Xəlilov 23 (Bakı Dövlət Universiteti) ƏPT-nin təşkilatçılığı ilə 26 Fevral Xocalı soyqırımının 30 illiyinə həsr edilmiş "Xocalı Soyqırımı-XX əsrin faciəsi, Qan Yaddaşımız!" adlı tədbir keçirilmişdir.
Tədbirdə ilk öncə Azerbaycan Respublikasının Dövlət himni səslənmiş daha sonra Xocalı soyqırımı faciəsinin qurbanlarına həsr edilmis video çarxa baxılmıs ve şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Giriş sözü ilə çıxış edən moderator, BDU-nun Hüquq fakültəsinin dekan vəzifələrini icra edən Zahid Cəfərov bildirib ki, erməni silahlı dəstələrinin Xocalıda milli-etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı son dərəcə qəddarlıqla törətdikləri qətliam, təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı yönəlmiş bəşəri cinayətlərdən biridir. Zahıd Ceferov Xocalı faciəsi barədə məlumat verərək Ermənistan silahlı qüvvələri tərəfindən Xocalının dağıdıldığını, dinc əhalinin xüsusi amansızlıqla qətlə yetirildiyini vurğulamışdır.
Daha sonra BDU-nun Tarix fakültəsinin dekanı İbrahim Zeynalov "Xocalı soyqırımı sülh və bəşəriyyət əleyhinə olan cinayətlərdən biridir" mövzusunda, azərbaycanlı professor, ictimai-siyasi xadim, əməkdar elm xadimi, YAP-ın qurucularından olan Şahlar Əsgərov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Hüquq fakültəsinin Konstitusiya kafedrasının müdiri Ziyafət Əsgərov "Xocalı soyqırımına beynəlxalq siyasi hüquqi qiymətin verilməsi", Hüquq fakültəsinin Beynəlxalq ümumi hüquq kafedrasının professoru Əfsər Sadıqov "Ümumi siyasətin davamı kimi Xocalı Soyqırımı cinayəti: geriyə şamil edilən beynəlxalq hüquq", Tələbə Gənclər Təşkilatının Hüquq fakültəsi üzrə sədri Firavan Əlizadə "Xocalı Soyqırımı XX əsrin faciəsi", Hüquq fakültəsinin ikinci kurs tələbəsi Cavid Mirzəzadə "Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş cinayət" adlı məruzələr ilə çıxış etmişlər.