XOCALI SOYQIRIMININ HÜQUQİ ASPEKTLƏRİ MÖVZUSUNDA TƏDBİR KEÇİRİLİB
23 Fevral 2023 12:58
Hüquq fakültəsində Azərbaycan Respublikası Milli Məclisinin deputatı, hüquq üzrə elmlər doktoru Nizami Səfərovun iştirakı ilə Xocalı soyqırımının hüquqi aspektlərinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirin məqsədi Xocalı soyqırımına beynəlxalq və cinayət-hüquqi aspektdən yanaşmanın təqdim olunması, bu soyqırım aktını törədənlərin cinayət-hüquqi məsuliyyətinə dair beynəlxalq və milli hüquq normalarının diskussiya şəklində təhlilinin aparılmasından ibarət olmuşdur.
Tədbiri açıq elan edən Hüquq fakültəsinin dekanı Zaur Əliyev çıxış edərək Xocalı soyqırımı ilə bağlı tarixi faktlara toxunmuş, öz mövqeyini beynəlxalq mənbələrə istinadən əsaslandırmışdır. Daha sonra Xocalı soyqırımının Azərbaycanın qara səhifələrindən biri olduğunu bildirən Nizami Səfərov öz çıxışında soyqırım cinayətinin mahiyyəti və növləri haqqında, soyqırıma görə cinayət məsuliyyətinin həm beynəlxalq, həm də milli-hüquqi aspektdən əsasları barədə ətraflı məlumat vermişdir.
Daha sonra fakültənin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri professor Şəhla Səmədova soyqırım cinayətinin elementlərini və bu əməllərə görə cinayət məsuliyyətinə cəlb etmənin praktiki tərəflərini Xocalı soyqırımı ilə əlaqələndirərək şərh etmiş, bu sahədə təklif və tövsiyələrini təqdim etmişdir.
Tədbirin davamında fakültə əməkdaşları və tələbələr tərəfindən verilən suallar N.Səfərov tərəfindən cavablandırılmışdır.
Fakültə Tələbə Gənclər Təşkilatının Xocalı soyqırımına həsr olunmuş esse müsabiqəsinin qalibi II kurs tələbəsi İsgəndərova Nigar İsmət qızı fakültə dekanı və Nizami Səfərov tərəfindən sertifikatla təltif olunmuşdur.
Tədbirin sonunda dekan Zaur Əliyev bu kimi tədbirlərin davamlı olmasının əhəmiyyətini vurğulamış, dünya miqyasında tanınmış alim Nizami Səfərova təşəkkürünü bildirmişdir.
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42