YASAMAL RAYON MƏHKƏMƏSİNDƏ DƏYİRMİ MASA KEÇİRİLİB
17 Aprel 2023 17:40
“Heydər Əliyev İli” çərçivəsində Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ilə birgə Fəaliyyət Planına uyğun olaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsində fakültənin tələbələrinin iştirakı ilə Ulu Öndərin 100 illiyinə həsr olunan dəyirmi masa keçirilmişdir.
Hüquq fakültəsinin dekanı Zaur Əliyevin, Ədliyyə Nazirliyi İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitovanın, Yasamal Rayon Məhkəməsinin sədri İslam Əliyevin və aidiyyəti məsul əməkdaşların iştirak etdiyi tədbirdə ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən, demokratik hüquqi dövlət quruculuğunda, mütərəqqi məhkəmə-hüquq islahatlarının aparılmasında, ölkədə hüquq təhsilinin inkişafında Ulu Öndərin çoxşaxəli irsindən bəhs olunub, əbədiyaşar liderlə bağlı maraqlı xatirələr bölüşülüb, film nümayiş etdirilib.
Ümummilli Liderin dövlətçilik amallarının indiki və gələcək nəsillərə örnək olduğu, dahi rəhbərin əziz xatirəsinin əbədi yaşayacağı bildirilib.
Səmimi və konstruktiv müzakirələr şəraitində keçən dəyirmi masada tələbələrlə faydalı fikir mübadiləsi aparılıb, onları maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
Gənclər təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatlarının ölkə Prezidenti tərəfindən uğurla həyata keçirilərək yeni inşa olunmuş Yasamal Rayon Məhkəməsinin binasında yaradılmış müasir şəraitlə, ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılmasına xidmət edən rəqəmsal innovasiyalarla tanış olublar.
“Heydər Əliyev İli” çərçivəsində Hüquq fakültəsinin Ədliyyə Nazirliyi ilə birgə Fəaliyyət Planına uyğun olaraq Ulu Öndərin 100 illiyinə həsr olunan silsilə tədbirlərin keçiriləcəyi vurğulanıb.
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42