ZƏRİFƏ ƏLİYEVANIN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR
28 Aprel 2023 16:03
Aprelin 28-də Bakı Dövlət Universitetinin Hüquq fakültəsində dünya şöhrətli alim, akademik Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Hüquq fakültəsinin rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak etmişlər.
İclası açıq elan edən Hüquq fakültəsinin dekanı Zaur Əliyev akademik Zərifə xanım Əliyevanın əlamətdar yubileyində onun hər kəsə nümunə ola biləcək həyat və fəaliyyəti, zəngin elmi irsi haqqında ətraflı məlumat vermişdir. Fakültə dekanı Zərifə xanım Əliyevanın təkcə insanlara nur bəxş etmiş həkim-oftalmoloq, vətənpərvər alim deyil, həmçinin Azərbaycan qadınının mücəssəməsi, sədaqətli ömür-gün yoldaşı, cəfakeş ana olduğunu diqqətə çatdırmışdır. Fakültənin dekanı Zərifə xanımın keçdiyi parlaq və şərəfli həyat yolunun hər bir Azərbaycanlı üçün nümunə olduğunu bildirmişdir.
Tədbirdə çıxış edənlər – Cinayət hüququ və kriminologiya kafedrasının müdiri professor Şəhla Səmədova, Cinayət prosesi kafedrasının müdiri professor Firuzə Abbasova, İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müdiri professor Əmir Əliyev, Əmək və ekologiya hüququ kafedrasının professoru Zahid Cəfərov akademik Zərifə xanım Əliyevanın mənalı həyat yolu və zəngin elmi irsindən ətraflı bəhs etmişlər.
Hüquq fakültəsi tərəfindən təşkil edilmiş bu tədbir iştirakçıların, o cümlədən tələbələrin böyük marağına səbəb olmuş və bu kimi tədbirlərin davamlı olmasının vacibliyi vurğulanmışdır.
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42